“Ölümə tərk ediliblər” – Qəzzada 1 milyondan çox uşaq təhlükədə

saytların hazırlanması

Evə çatdırılma

“Ölümə tərk ediliblər” – Qəzzada 1 milyondan çox uşaq təhlükədə

Dünya

25 İyul 2025 09:33 288


Qəzza zolağında humanitar böhran daha da dərinləşir.

Yenisabah.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bölgədə 1 milyondan çox uşağın aclıqdan ölmək üzrə olduğunu açıqlayıb.

Təşkilatın məlumatına görə, uşaqlar kəskin qida çatışmazlığı və səhiyyə sisteminin çökməsi səbəbindən ciddi təhlükə altındadır. BMT Qəzzada qidanın, dərmanların və təmiz suyun çatışmazlığının gündəlik həyatı iflic etdiyini vurğulayıb. Dominos pizza

UNICEF nümayəndəsi qeyd edib ki, vəziyyət hər gün daha da pisləşir və dünya ictimaiyyəti bu dramatik reallığa laqeyd qalmamalıdır.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında başlayan münaqişədən sonra bölgəyə yardımın çatdırılması xeyli çətinləşib və bu da minlərlə uşağın həyatı üçün ciddi təhlükə yaradıb.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!