Ölümlə hədələnən deputat beynəlxalq təşkilatları məlumatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Ölümlə hədələnən deputat beynəlxalq təşkilatları məlumatlandırdı

Hadisə

16 Aprel 2021 14:33 830


Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyanın təhdidi ilə bağlı məsələni beynəlxalq təşkilatdakı çıxışında səsləndirib.

Yenisabah.az-ın məlumatına görə, bununla bağlı icma sədri “Facebook” hesabında paylaşım edib.

“Ermənistan parlamentinin əməkdaşı tərəfindən mənə edilmiş ölüm təhdidi barəsində bir neçə beynəlxalq parlament təşkilatının birgə təşkil edilən terrorizm və ekstremizm mövzusuna həsr edilmiş onlayn konfransda iştirakçıların diqqətinə çatdırdım”,- deyə Tural Gəncəliyev qeyd edib. Dördpendirli pizza

Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan Milli Məclisin deputatı Tural Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!