Ölümünü canlı yayımda göstərmək istədi, bloklandı

saytların hazırlanması

Evə çatdırılma

Ölümünü canlı yayımda göstərmək istədi, bloklandı

Dünya

11 Sentyabr 2020 20:27 1132


"Facebook" sosial şəbəkəsi sağalmaz xəstəlikdən əziyyət çəkən fransalı vətəndaşın canlı yayımını bloklayıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb isə 57 yaşlı Alen Kokun şəxsi səhifəsində ölümünü yayımlamaq istəyi olub.

Artıq dərman və qida qəbul etməkdən də imtina edən vətəndaş bu addımı ilə Fransa dövlətinin “Ölüm hüququ” qanununda dəyişiklik etməsinə nail olmaq istəyib. Marqarita pizza

Qeyd edək ki, iyulda Kok Fransa prezidenti Emmanuel Makrona xəstəliyin əzablarına dözə bilmədiyini və "fəal tibbi yardım"dan istifadə edərək ləyaqətlə ölməyə icazə verilməsini xahiş etmişdi. Makron isə 57 yaşlı kişinin bu arzusuna cavab olaraq onun iradəsinə heyran qaldığını, amma sözügedən tələbini təmin edə bilməyəcəyini söyləmişdi.

Alen Kok isə Feysbuk idarəçilərinin onun canlı yayımını bağladığını öyrəndikdən sonra başqa bir üsulla canlı yayımda ölümünü nümayiş etdirəcəyini bildirib.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!