Ölünü motosikletə mindirdilər

saytların hazırlanması

Evə çatdırılma

Ölünü motosikletə mindirdilər

Hadisə

03 Dekabr 2021 15:23 728


Bir qrup gənc mərhum dostlarını tabutdan çıxararaq son dəfə motosikletə mindirib.

Yenisabah.az xəbər verir ki, hər  kəsi  şoka salan hadisə Ekvadorda baş verib.

Portoviexo şəhərində 21 yaşlı gənci naməlum şəxslər güllələyib. Gəncin cəsədi tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.  Marqarita pizza

Oğlanın meyiti dəfn edilməyə aparılarkən qəribə hadisə baş verib. Mərhumun dostları meyiti tabutdan çıxarıb. Daha sonra isə cəsədi sonuncu dəfə motosikletə mindirərək yola düşüblər. Hadisə anı kameralara əks olunub. Qısa zamanda sosial şəbəkələrdə paylaşılan video izləmə rekordu qırıb.

Məlum olub ki, gənc oğlan motosiklet həvəskarı imiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!