Omanda yeni səfir kimdir? - Dosye

saytların hazırlanması

Evə çatdırılma

Omanda yeni səfir kimdir? - Dosye

Siyasət

06 İyun 2024 17:04 614


Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yenisabah.az oxu.az-a istinadla yeni təyin olunan səfirin dosyesini təqdim edir:

Rəşad Fail oğlu İsmayılov 7 iyun 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib. pizza hut

O, 1996-2003-cü illərdə Həyat Qeyri Hökümət Təşkilatının Beynəlxalq Hüquq Departamentinin rəisi olub. 2003-2005-ci illərdə BMT-nin Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı”nın layihə rəhbəri olub. “Milli Sosial Müdafiə Sisteminin İnkişaf Proqramı”nın koordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” layihəsi üzrə ölkənin məşğulluq strategiyasının hazırlanmasında yaxından iştirak edib.

2008-2009-cu illərdə Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC-də biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya-Azərbaycan Ticarət Palatasının rəhbəri olub.

2009-2010-cu illərdə Bank VTB-də (Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru olub.

2011-2015-ci illərdə SOCAR – “Ekol Mühəndislik Xidmətləri” QSC-də baş direktorun müavini olub.

2015-ci ildə Prezident İlham Əliyev ona ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

2018-də Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Evlidir, iki övladı var.

İngilis, türk və rus dillərini bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!