Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkdi

saytların hazırlanması

Evə çatdırılma

Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkdi

İdman

03 Sentyabr 2020 22:58 978


Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburq seçməsi ilə keçirəcəyi oyunla bağlı rəsm çəkib. 

Yenisabah.az xəbər verir ki, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində isə Azərbaycan bayrağını təsvir edib.

Fotoda millinin baş məşqçisi Canni De Byazi şah, futbolçular isə döyüşçülər kimi təqdim olunublar. pizza

Momaninin fantaziyasına görə, Lüksemburq yığması qalanı almağa gələn düşmənlərdir. Azərbaycan millisinin üzvləri qalanı müdafiə etməyə çalışırlar.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!