Ombudsman Bahar Muradova olacaq

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman Bahar Muradova olacaq

Sosial

19 Mart 2019 20:02 1052


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə yola salınacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakupost.az-a məlumatlı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, önümüzdəki günlərdə ölkə rəhbərliyi E.Süleymanovanın yerinə yeni təyinatla bağlı təklif verəcək.

Məlumata görə, 82 yaşlı ombudsmanın yerinə iddialı şəxslərdən ikisinin adı bəllidir: Milli Məclisin vitse-spiketi Bahar Muradova və Konstitusiya Məhkəməsinin keçmiş sədri, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi, Konstitusiya Məhkəməsinin keçmiş sədri hakim Xanlar Hacıyev. Toyuqlu pizza

Qeyd edək ki, E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci martın 5-də bitib. Qanuna görə, yeni ombudsman seçilənə qədər E.Süleymanova səlahiyyətlərinin icrasına davam edə bilər.

Ombudsman seçkisi isə bu qayda ilə həyata keçirilir: Azərbaycan prezident bu vəzifəyə namizədin adını Milli Məclisə təqdim edir. Milli Məclis isə prezidentin təqdim etdiyi şəxsi səsverməyə çıxararaq qərar qəbul edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!