Ombudsman: Suriyadan Bakıya 74 nəfər gətirilib

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman: Suriyadan Bakıya 74 nəfər gətirilib

Sosial

03 Aprel 2025 13:54 259


Ümumilikdə Suriyadan vətəndaşlarımızın qaytarılması və onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına tərəfimdən müraciətlər edilib. Bununla yanaşı, müvafiq beynəlxalq təşkilatlarla müzakirələr aparılıb.

YEnisabah.az report-a istinadla xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O əlavə edib: Ombudsman və onun nümayəndələri tərəfindən Suriya Ərəb Respublikasından repatriasiya edilmiş Azərbaycan vətəndaşlarından 57-si uşaq, 17-si qadın olmaqla 74 nəfərlə görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti öyrənilib. pizza hut

2024-cü ildə də bu istiqamətdə fəaliyyət davam edib, ölkəyə gətirilmiş 31 repatriantla görüşlər keçirilib, onların yerləşdirildikləri müəssisədə həyata keçirilmiş reabilitasiya tədbirləri barədə məlumatlar əldə edilib, hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!