Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya” matça optimal heyətlə çıxa bilməyəcək.
Yenisabah.az xəbər verir ki, sentyabrın 30-dakı görüşdə Nikosiya təmsilçisi 4 futbolçusunun xidmətindən məhrum olacaq.
Onlar arasında əsas kapitan ispan Xordi Qomes və vitse-kapitan Yannis Kousoulosun olması diqqətçəkəndir. Pepperoni pizza
Onlar kimi, “Qarabağ”la qarşılaşmanı buraxacaq amerikalı Miks Diskerud və fransalı Erik Boteak də yarımmüdafiəçidir.
Qeyd edək ki, II turun “Omoniya” – “Qarabağ” görüşü GSP stadionunda keçiriləcək.
Hər iki komandanın aktivində 1 xal var.
Telegram kanalımız