“Omoniya“ “Qarabağ“la oyundakı insidentə görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

“Omoniya“ “Qarabağ“la oyundakı insidentə görə cərimələndi

İdman

28 Noyabr 2021 12:11 862


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr "Omoniya"sını cərimələyib.

Yenisabah.az xəbər verir ki, Avropa futbol qurumundan verilən məlumata görə, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.

Nəticədə kluba 3 750 avro məbləğində cərimə kəsilib. "Omoniya" qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir. Toyuqlu pizza

Qeyd edək ki, insident "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 52-ci dəqiqəsində baş verib. "Köhlən atlar"ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar (Report.az).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!