Avropa İttifaqının (Aİ) Avropa Şurasındakı nümayəndəliyi avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb.
“Yeni Sabah” xəbər verir ki, Aİ bu sazişi əhəmiyyətli irəliləyiş kimi qiymətləndirib.
Razılaşdırılmış addımların vaxtında həyata keçirilməsinin, sülh sazişinin imzalanmasının və ratifikasiyasının təmin edilməsinin vacibliyi vurğulanıb. Marqarita pizza
“Ötən mart ayında Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların yekunlaşmasından sonra bu saziş iki ölkə arasında münasibətlərin tam normallaşması istiqamətində mühüm addımdır. Bu, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsiplərinə əsaslanır. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesini dəstəkləməkdə davam edir”, – məlumatda qeyd edilib.
Bəyannaməyə Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San Marino, Serbiya, Ukrayna və Böyük Britaniya qoşulub.
Telegram kanalımız