Ona gülən qudasının qarnına bıçaq soxdu

saytların hazırlanması

Evə çatdırılma

Ona gülən qudasının qarnına bıçaq soxdu

Kriminal

19 Avqust 2022 15:54 1432


Ona güldüyünü düşündüyü üçün keçmiş qudasını bıçaqlayan şəxs həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə 18 iyul 2021-ci il tarixində Gəncə şəhərinin Dubay bazarı deyilən ərazisində baş verib. 

Belə ki, 1965-ci təvəllüdlü Nemət Orucov (soyadlar şərtidir) işlədiyi bazarda keçmiş qudası Elxan Məhərrəmlini görərək bundan qəzəblənib və onun qarın nahiyəsindən bıçaqla zərbə xəsarət yetirib.  Marqarita pizza

Məlumata görə, təxminən iki il əvvəl N. Orucovun qızı İlahiyə Elxanın oğlu Sərxanla qaçaraq onunla ailə həyatı qurub. Lakin onlar evləndikdən 3 ay sonra münasibətləri pisləşib və boşanıblar. Nemətin qəzəbli olmasının səbəbi də bu olub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən E. Orucov bildirib ki, hadisə zamanı içkili olub  və Elxanın onu ələ salaraq güldüyünü fikirləşib:  "Elxanın tək dayandığını görüb ona yaxınlaşdım. Məni tanıyıb-tanımadığını soruşduqda Elxan mənə “niyə tanımıram... Nemət deyilsənmi..” dedi. Bundan sonra bərk əsəbiləşib şalvarımın arxa cibindəki bıçağı çıxardaraq Elxanın qarın nahiyəsindən zərbə endirdim”.

Zərərçəkən şəxs - Elxan Məhərrəmli isə, ifadəsində Nemətlə barışdığını və ondan şikayətçi olmadığını deyib: “Nemət övladlarımız ayrıldığından heyf çıxmaq üçün məni bıçaqlasa da, həmin vaxt aramızda heç bir mübahisə olmayıb. O məni əsassız yerə vurdu. Onunla barışmışıq, ona qarşı şikayət və tələbim yoxdur”.

N. Orucov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma- xuliqanlıq niyyətilə) maddəsi təqsirli bilinib və 6 il müddətə azadlıqdan məhrum edilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!