Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva izləyicilərinin suallarını cavablayıb.
Yenisabah.az xəbər verir ki, bloger özü ilə bağlı sorğulara cavab verib:
– Bürclərə inanırsınız? pizza sifarişi
– İnandığım hər halımdan bəllidir.
– Sizcə, toy ərəfəsində “ömürdə bir dəfə olur” fikri ilə çox pul xərcləmək düzgündür?
– Ömürdə bir dəfə olur zəmanətini kim verir? Amma israfa qarşıyam. Əsas zövqlü və əyləncəli olmasıdır. Ən əsası isə iki insanın bir-birini sevib anlaşmasıdır.
– Oğlan olsaydınız, sizin kimi biri ilə necə tanış olub, münasibət qurardınız?
– Heç özüm də tam olaraq bilmirəm. Mən ilahi hissə çox inanıram. İçimdən gəlməlidir o hiss.
– Blogerlərin reklam etdiyi arıqlama çaylarına inanaq?
– Gedib bədən şəkilləndirməsi edir, “Baxın, çay məni necə arıqlatdı”, – deyirlər. Sonra da vicdan və dürüstlükdən danışırlar...
– Beş ildir ki, sevgiliyik, amma mənə deyir ki, “evlənmək fikrim yoxdur”. Niyə evlənmirik?
– Deyin ki, “Elçi gəlirlər, məni məcburi ərə verirlər”. Ondan sonra da rahat olacaqsa, daha bilmirəm.
– Sizcə, ölkəmizdə feminizm inkişaf edirmi?
– Əksər hallarda feminizmin nə olduğunu bilməyənlər inkişaf etdirməyə çalışırlar.
– Sizcə, kimsə bir qıza görə tərk edirsə, sonra yenidən gəlib yalvarıb barışmaq istəyirsə, ona şans verilməlidirmi?
– Ona şans yox, şapalaq lazımdır.
Telegram kanalımız