“Ona yazmısan ki, gəl görüşək...” - Tolik Manafı ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

“Ona yazmısan ki, gəl görüşək...” - Tolik Manafı ifşa etdi

Şou

04 Fevral 2020 16:22 4657


Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin bugünkü qonaqlarından biri müğənni Manaf Ağayev olub.

"Yeni Sabah" xəbər verir ki, Manaf Ağayev sosial şəbəkələrdə paylaşımlarına sərt şəkildə şərh yazanlara heç nə etmədiyini deyib:

"Mənim də sevmədiyim adam var. Allaha and olsun bir nəfərə bir dənə bir şey yazmaram, nə də bir şey eləmərəm". Pepperoni pizza

Bu zaman aparıcı Tarix Əliyev (Tolik) müğənninin sözünü kəsib və onu ifşa edib: "Yazmarsan? Məndə sənin bir adamı "Direct"ə söyməyin var. Ona yazmısan ki, "Belə hünərli oğlansan gəl görüşək". Nömrəni də yazmısan. Mənə göndəriblər" 

Müğənni isə Tolikin açıqlamasına "Yox, o, nə isə deyib. O, ayrı şeydir" sözü ilə reaksiya verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!