“Ondan nəyim əskikdir?” - Cavanşir Məmmədov özünü İbrahim Tatlısəslə müqayisə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Ondan nəyim əskikdir?” - Cavanşir Məmmədov özünü İbrahim Tatlısəslə müqayisə etdi

Şou

11 Yanvar 2020 14:35 2978


ATV-də yayımlanan "Gündən günə" verilişinin qonaqlarından biri müğənni Cavanşir Məmmədov olub.

"Yeni Sabah" xəbər verir ki, sənətçi yenə də maraqlı açıqlama verərək diqqəti cəlb edib. Əməkdar artist aparıcı Əkbər Əlizadənin "67 maşınınız olub" sualına belə cavab verib. "Atam Əməkdar artist idi, 40-cı illərdə musiqiçilər arasında birinci maşını o, alıb. Avtomobillərə maraq atamdan mənə keçib. Futbolçu olmuşam, "Neftçi"nin qapısını qorumuşam. Qolum sındığına görə davam edə bilmədim". 

Cavanşir Məmmədov kolleksiya yığmadığını, sadəcə tez-tez maşın dəyişdiyini deyib: Marqarita pizza

"Kolleksiya yığmıram. Bu günə kimi 67 ədəd maşın alıb, satmışam. İki avtomobilim var, birini oğlum, digərini özüm sürürəm. 46 il sənətdə olan adam üçün normaldır.

İbrahim Tatlısəsin təyyarəsi var. Ondan nəyimiz əskikdir? Bizim də ölkəmiz inkişaf edir. Bizə maşın bağışlamırlar. Alnımızın təri ilə qazanıb almışıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!