İtaliyanın Sardiniya bölgəsində yerləşən Nuoro şəhərindəki Onifer qəsəbəsində koronavirusa yoluxmaq qadağan edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə bələdiyyə sədri Stefani Piras qərar verib. O, bölgə vətəndaşlarının xəstələnmələrini, müalicəyə ehtiyac duymalarını və virusa yoluxmalarını qadağan etdiyini açıqlayıb.
Qərar cəmiyyətdə böyük təəccüb doğurduğu üçün səbəbi açıqlayan Piras Onifer qəsəbəsində tibb işçisinin qalmadığını deyib: Sezar pizza
“Bu gün daha bir həkim işini tərk etdi. Gedən həkimi əvəz edəcək səhiyyə işçisi yoxdur. İndi hər kəs diqqətli olmalıdır”.
Telegram kanalımız