Onlar 5 minlə dolana bilmirsə, 500 alanlar nə etsin?

saytların hazırlanması

Evə çatdırılma

Onlar 5 minlə dolana bilmirsə, 500 alanlar nə etsin?

Sosial

18 May 2025 09:59 15226


Son günlər gündəmə gələn məsələlərdən biri də əməkhaqqıdır.

Deputat Səyyad Aran mediaya müsahibəsində bildirib ki, "beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?".

Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov isə bildirib ki, "Professorların maaşı 1 000 manata yaxındır. Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manat arasında dəyişir. Professorların maaşı min manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz".  Toyuqlu pizza

Maraq doğuran odur ki, əgər həmin maaşla millət vəkili, professorlar dolana bilmirsə, adi bir vətəndaş 220 manat müavinətlə necə dolana bilər? Bu istiqamətdə hansısa tədbirlər nəzərdə tutulurmu?   

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev "Cebheinfo.az"a bildirib ki, hər zaman Azərbaycanda maaşların və müavinətlərin azlığından narahatdır: 

"Mən bilirəm ki, hökumət də bu məsələdən narahatdır və istəyir ən azından elə bir səviyyəyə çatsın ki, insanların normal yaşayışına bəs edə bilsin. Təəssüflər olsun ki, bu gün nə yaşa görə pensiya, müavinət, hətta 5 uşaqla bağlı “uşaq pulu” həmin ailələrin yaşayışı üçün kifayət etmir. Xüsusən məni ən çox narahat edən müavinət və yaşa görə pensiya alanlardır. 

Onlar çox aşağı məbləğ alırlar. Bütün yaşlı insanlar xəstəxanaya getməli, dərman almalı olurlar. Nəvələrini parka aparmağa, ona bir dondurma almağa ciblərində pul olmalıdır. Bu, ümumiyyətlə, postsovet ölkələrinin problemidir.

Ona görə də hər zaman istəyim bu olub ki, biz müavinətlərin və pensiyaların artırılması ilə bağlı çox ciddi tədbirlər görək. Hər il müəyyən qədər artım olur. Ümumiyyətlə, bu istiqamətdə problemlə bağlı məsələləri qaldırırıq. 

Ümid edək ki, növbəti illərin büdcəsində pensiyaçıların və müavinət alanların aldığı vəsaitdə ciddi artımlar olacaq. Mən bunun üçün əlimdən gələni etməyə hazıram. Prezident də bu istiqamətdə zaman-zaman müəyyəm sərəncamlar imzalayır. Ümid edək, büdcədə elə bir vəsait olacaq ki, bu artımlar yaşayış üçün bəs etsin".

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, deputat Səyyad Aranın fikirlərini oxuyub: 

"Keçmiş təhsil naziri Misir Mərdanovun fikirləri ilə tanış olmamışam. Ancaq prinsipcə, Misir Mərdanov təhsil naziri olanda da belə fikirlər bildirirdi ki, "Bizə bu maaşı təklif etsələr gedib məktəbdə müəllim işləyərikmi?" Bu sualın da cavabı aydındır ki, çox adam getməz. Birincisi, ondan başlayaq ki, SSRİ dövründəki kimi sosialist cəmiyyəti qurmuruq. 

1991-ci ildə Azərbaycan yalnız dövlət müstəqilliyini əldə etmədi. Həmçinin iqtisadi sistemi dəyişdi. Yəni planlı sosialist iqtisadiyyatından biz kapitalist - bazar iqtisadiyyatına keçdik. Bu iqtisadi sistemdə də bərabərsizlikdir. Yəni biz bunu qəbul etdik ki, bəli, bazar iqtisadiyyatına keçmək lazımdır. Kapitalizm odur ki, bəzi insanların pulu çoxdur, avtomobilləri, daşınmaz əmlakları, bank hesabları və s. var. 

Bəziləri isə heç çörək pulu tapmır. Bu aydan o biri aya çox çətinliklə "çıxır". Dövlətin kapitalist cəmiyyətində rolu nə olmalıdır? Maksimal elə etmək lazımdır ki, insanların minimal tələbləri qarşılansın. Sadə dildə desək acından ölməsinlər. Bu nöqteyi-nəzərdən nə qədər pul lazımdır ki, Azərbaycanda insan normal yaşasın?" 

Hazırkı maaşların həcmi və 220 manat müavinət verilməsinə gəldikdə isə, ekspertin fikrincə, bu bir faktdır ki, həmin deputat  Səyyad Aran özü də yaşayış minimumunun lehinə səs verib:

"Yaşayış minimumu odur ki, bu vəsaitlə insan yaşaya bilər. Ancaq yaşaya bilməz axı! Bunu hamı, o cümlədən Səyyad Aran da bilir. Bu cəmiyyətdə əksəriyyət insanların qazancı elə olmalıdır ki, layiqli, insan kimi yaşasın. Səyyad Aranın səs verdiyi yaşayış minimumu bunu təmin etmir. O deyir ki, "Mən avtomobil ala bilmirəm". Hər bir insanın avtomobili olmaya da bilər. Digər ictimai nəqliyyatdan istifadə edə də bilər. Ancaq söhbət ondan gedir ki, ölkədə yaşayış minimumu niyə aşağıdır?

Mən hesab edirənm ki, Azərbaycan kimi cəmiyyətdə yaşayış minimumu azı 700 manat olmalıdır. Yəni insan kimi yaşasın. İl ərzində insan özünə paltar da almalıdır, həkimə də getməlidir. Hər bir kəsin min cür problemi olur. Ancaq məsələ odur ki, həmin Səyyad Aran da iki dəfə aşağı yaşayış minimumunun qəbul edilməsində iştirak edib. Mən qəbul edirəm ki, o, deyir "mən bu maaşla qənaət edə bilmirəm". 

Yaşayış minimumu Azərbaycanda 2025-ci il üzrə 285 manat müəyyən olunub. Bu baxımdan, Səyyad Aranın belə deməyi gülməlidir. Yəni sən ötən il qanuna səs vermisən və demisən ki, "ay xalqım, sənin yaşayıış minimumun bu qədərdir". Ancaq sonra çıxıb deyirsən ki, "Mən 5 min manata avtomobil ala bilmirəm". 

Deyir ki, "xəstəyəm, dərman alıram", buna inanıram. Bu məsələnin bir tərəfiridir. Ancaq buna görə onun belə çıxış etməyə mənəvi haqqı yox idi. Məsələnin digər tərəfi odur ki, Azərbaycanda insan 5, 10 min manat da maaş ala bilər. Hətta dövlət başçısından artıq maaş alanlar var.

Sadəcə, maraqlıdır, onlar gördüyü işə görəmi o pulu alırlar? Bu baxımdan deputatlarımız nə işlə məşğuldur? Son seçkilərdən sonra Səyyad Aran parlamentdə bir qanun layihəsi hazırlayıbmı? Yox. Konstitusiyaya görə, deputatların qanunvericilik təşəbbüsü hüququ var. Qanun layihəsi hazırlamayana, qəbul etməyənə heç o qədər maaş vermək olmaz. İndi qoy Azərbaycan xalqı desin ki, onlara nə qədər maaş vermək lazımdır".  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Amin
    Maaslar qalxmalidi qiymetlerde qalxib
    12 months ago
  • Məftun
    Mən də deyim ,onlar da (deputat)vətəndaş kimi 1000 manat maaş almalıdır,çünki onlar xalqa heç bir xidmət göstərmir.
    12 months ago
  • Sərxan
    Salam Mən Məsimov Sərxan Ramiz Oğlu 03.12.1992 təvəllüdlü Gəncə Şəhərində Yaşıyıram Hökumət İşində İsliyirdim Aylıq 346 Manat Maaş Alırdım Bank Kreditlərim Var Mən O Zaman Yaşamıram ki Bu Cavan Yaşımda Normal Maaşlı İş Tapa Bilmirəm İşsizəm Borc Bir Tərəfdən Dolanışıq Çətinliyi Bir Tərəfdən Bəs Mən Nə Edim
    12 months ago
  • RAHİM
    SƏYYAD ARAN ÖMRÜ BOYU SƏSVERMƏDƏ HƏ DEMƏKLƏ MÜFTƏ MƏVACİB ALIB. XALQ ÜÇÜN HEÇ BİR FAYDALI İŞ GÖRMƏYIB. ÇÜNKİ ONU XALQ SEÇMƏYİB. ONU TƏYİN EDİBLƏR.
    12 months ago