“Müdafiə Nazirliyinin rəsmi saytında ötən gecə sərhəddə baş verən insidentlə bağlı məlumat yoxdur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müxalif deputat Tiqran Abramyan “Facebook” səhifəsində yazıb:
“Müdafiə Nazirliyinin mətbuat orqanlarından biri ilə söhbətimdə hadisə qısa şəkildə təsdiqlənsə də, təfərrüatların daha sonra veriləcəyini bildiriblər. Pepperoni pizza
Hadisənin təfərrüatları ilə bağlı bir gün ərzində müxtəlif söz-söhbətlər dolaşır. Bununla da Müdafiə Nazirliyinin rəsmilərinin nə işlə məşğul olduqlarını təxmin etmək olar.
Hüquq-mühafizə orqanları isə ancaq müxalifətin nə zaman tualetdən qayıtmasını güdür. İqtidar isə öz növbəsində mətbuatı və dövlət orqanlarını müxtəlif mövzularda operativ kadrlarla təmin edir və onlar iqtidarın təbliğat maşınına xidmət edir, bir sözlə, mətbuat “Vətəndaş müqaviləsinin” sıradan bir bölməsinə çevrilib.
Çünki onlar üçün (MN - red.) sərhəddə nə baş verir, əsgərin durumu necədir, ölkəmizi necə qoruyurlar, Vətən anlamı nədir – bunlar önəmsizdir.
Onlara lazım olan bazar günləri yaxşı keçsin, qarınları tox olsun və cibləri pulla oynasın”.
Telegram kanalımız