“Azərbaycan müstəqillik qazanandan meydan hərəkatından başlayaraq həmişə separatçı mövqe tutmuş insanlar bir təşkilatdan çıxıb o birinə üzv olur və ya ayrı-ayrı təşkilatlar yaradırlar. Sanki bunlara ehtiyac var. "Xalq hərəkatı", "Milli şura" kimi hər cür bər-bəzəkli adlar tapırlar ki, insanları cəlb etsinlər.
Ancaq hamısı eynidir, yəni burada kənar adamlar yoxdur, eyni insanlardır - digər partiyalardan uzaqlaşdırılmış, çıxarılmış, qovulmuş, yaxud köhnə təfəkkürdən, köhnə fikirdən uzaqlaşmamış insanlar. Bəzilərinin 70 yaşı var, lakin hələ də öz yollarını tapa bilməyiblər, nə istədiklərini özləri üçün aydın edə bilməyiblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə müsahibəsində YAP-çı deputat Siyavuş Novruzov deyib. Deputat, bildirib ki, onlar cəmiyyətə hər hansı yeni ideya verməyiblər və bu mümkün deyil. Bu baxımdan da həmin insanlar arasında kəskin şəkildə fikir ayrılığı, qarşıdurmalar var və hər birində ciddi şəkildə mənəm-mənəmlik, özündənrazılıq düşüncəsi var. Dominos pizza
“Yaxşı ki, onların bu hərəkətləri internet vasitəsilə canlı yayımda göstərilir və insanlar vaxtilə Azərbaycana kimlərin rəhbərlik etdiyini və yenidən rəhbərlik etmək arzusunda olduğunu bir daha görürlər.
Bu insanlar ayrı-ayrı təşkilatların maliyyəsi hesabına Azərbaycanda təxribat yaratmaq, sabitliyi pozmaq, qanunsuzluğu təmin etmək məqsədi güdür. Onlarda şəxsi maraqlar, şəxsi iddialar o dərəcəyə çatıb ki, nəinki Vətən, xalq, dövlət haqqında, heç bir-birilərinə, yaxın ətraflarına güzəştə getmək haqqında belə düşünmürlər.
Təbii ki, Azərbaycan hüquqi dövlətdir və güclü hüquq-mühafizə orqanları var, o cümlədən Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı öz prezidenti ilə bir yerdədir və dövlət başçısının siyasətini dəstəkləyir”.
Bəzi müxalifət nümayəndələrinin Azərbaycanda aparılan islahatları dəstəkləməsi haqda suala cavab olaraq S. Novruzov deyib ki, onlar artıq anlayırlar ki, düzgün yolda deyillər: “Nə qədər insanı çaşdırmağa çalışdılar ki, guya bunlar mitinq etdilər, nümayiş keçirdilər, hansısa bəyanat verdilər və dövlət də filan addımları atdı. Həmin müxalifət nümayəndələri ancaq söyüş, qışqır-bağır və digər oxşar vasitələrlə gündəmə gəlirlər. Onlara heç öz yaxın ətrafındakılar əhəmiyyət vermir, o ki qaldı onların sözü ilə dövlət nəsə etsin”.
Telegram kanalımız