YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim” – Tehran Mənsimov

“Onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim” – Tehran Mənsimov

Bölgə

28 Sentyabr 2022 09:04 4707


Daşaltı kəndinin azad olunması tapşırığına rəhbər polkovnik Tehran Mənsimov təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat İctimai TV-də yayımlanan "Bizim torpaq” sənədli filmində bildirilib.

Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından bəhs edib: 

"Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu istiqamətindən gələ biləcək qüvvəsini üzərimə çəkməliydim. Bundan başqa, XTQ-yə şərait yaratmalı idim ki, yolu tutduqdan sonra, təyin olunmuş həddə Şuşanın ətrafına yerləşsinlər. Nəticədə onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim. Dolu əvəzinə, güllə yağırdı. Düşmən bütün artilleriya vasitələrindən istifadə edirdi. Təsəvvür edin, hava hücumundan müdafiə vasitəsiylə insana atəş açırdılar, adam rəsmən tikə-parça olurdu. Daşaltının üstündəki bütün qayalarda güllə izi var. Mən Azərbaycan oğullarının nəyə qadir olduğunu, nə edə biləcəklərini gördüm”. 

Qeyd edək ki, noyabrın 4-də Şuşa-Laçın yolu xüsusi təyinatlı bölmələr tərəfindən tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!