“Onlar Azərbaycan qanunlarının sərt üzünü görməlidirlər” -   Seymur Verdizadə 

saytların hazırlanması

Evə çatdırılma

“Onlar Azərbaycan qanunlarının sərt üzünü görməlidirlər” - Seymur Verdizadə 

Sosial

02 İyun 2025 10:22 518


“Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə keçirilən məhkəmə prosesini diqqətlə izləyirəm. Hamılıqla mühüm tarixi hadisəyə şahidlik edirik. Bu, ədalətin təntənəsidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib. Seymur Verdizadə qeyd edib ki, bu gün Bakıda məzlum görkəm alıb özlərini yazıq kimi göstərən bu adamlar canidirlər, insanlıq əleyhinə qanlı cinayətlər törədiblər. Jurnalist həmin şəxslərə Azərbaycan qanunlarının ən sərt üzünü göstərməyin tərəfdarı olduğunu bildirib. 

Seymur Verdizadə özünün və ailəsinin erməni təcavüzündən əziyyət çəkdiyini xatırladıb: “Bu qatillərin üzündən mal-mülkümüz əlimizdən çıxdı, saray kimi evlərimiz xarabalığa çevrildi. Ömrümüzün 20 ili darısqal, rütubətli yataqxana otaqlarında keçdi. Minlərlə insan çadırlarda, vaqonlarda çürüdü. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə keçmiş məcburi köçkünlər məhkəmə prosesində fəal iştirak etməlidir. Hamılıqla onların üzünə tüpürməliyik”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!