“Onlar bizi Çempionlar Liqasından kənarlaşdırmışdı” – Simeone yenə “Qarabağ”dan danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Onlar bizi Çempionlar Liqasından kənarlaşdırmışdı” – Simeone yenə “Qarabağ”dan danışdı 

İdman

12 Mart 2020 12:00 671


"Atletiko"nun (Ispaniya) baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a 3:2 hesabı ilə qalib gəldikləri cavab matçından sonra maraqlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, argentinalı çalışdırıcı 2017-ci il Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ2a qarşı keçirdikləri matçı xatırladıb. Təcrübəli mütəxəssis Ağdam klubunun Madrid təmsilçisinə qalib gəlməsindən danışıb:

"Qarabağ" bizi Çempionlar Liqasından kənarlaşdırmışdı. Xatırlayırsınız? Bu futboldur. Hər şey mümkündür. Əsas məsələ rəqibin zəif tərəflərini müəyyən etməkdir. Eyni zamanda bu səhvlərdən öz xeyrinə istifadə etməkdir. Biz də "Liverpul"la görüşdə bunun öhdəsindən əla gəldik". Marqarita pizza

Qeyd edək ki, “Atletiko” 2017/2018 mövsümündə qrup mərhələsindəki hər iki matçda "Qarabağ"la bacarmamışdı - 0:0, 1:1.Bununla da Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!