“Onlar bütün müsəlmanların hisslərini təhqir edirlər” - Azərbaycan Prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“Onlar bütün müsəlmanların hisslərini təhqir edirlər” - Azərbaycan Prezidenti

Siyasət

15 Oktyabr 2020 06:28 711


 “Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində bildirib.

Azərbaycan dövlət başçısı Bakının mərkəzində olan, bərpa edilmiş erməni kilsəsini xatırladıb. Qeyd edib ki, Azərbaycan bu kilsəni erməni xalqının mirası kimi qoruyur: pizza hut

“Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər”.

Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə verilən sualı cavablandıran Prezident İlham Əliyev bu məsələnin araşdırılmasına ehtiyac duyulduğunu söyləyib: “ Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!