Onlar da YAP-ın rəhbərliyindən uzaqlaşdırılacaq -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Onlar da YAP-ın rəhbərliyindən uzaqlaşdırılacaq - SİYAHI

Siyasət

25 Avqust 2020 19:08 2915


Bu gün səhər saatlarından etibarən “Yeni Azərbaycan” Partiyasının növbədənkənar qurultay keçirmək niyyətində olduğu barədə məlumat yayılıb. Amma toplantının gündəliyi açıqlanmayıb. Partiyada isə növbədənkənar foruma hazırlıqla bağlı məlumatı təsdiq etməyiblər.

“Yeni Sabah” xəbər verir ki, qeyri-rəsmi məlumata görə, hakimiyyət artıq hesab olunan kadrları təmizləmək və rəhbər heyətə gənc kadrlar gətirmək qərarına gəlib. Turan bildirir ki, Partiyanın İdarə Heyətində və Siyasi Şurasında müxtəlif səbəblərdən vəzifədən azad edilmiş çox sayda keçmiş dövlət məmuru, deputat və nazir var. Onlar Hüseynqulu Bağırov, Misir Mərdanov, Əli Abbasov, Əli Həsənov, İsmət Abbasov, dövlət məmurları Əli Həsənov, Tağı Əhmədov, Fatma Abdullazadə, Hacıbala Abutalıbov, Elnur Aslanov, Nizami Xudiyev, Novruz Məmmədov, Arif Rəhimzadə, Dilarə Seyidzadədir.

Bəzi müşahidəçilərin fikrincə, Ramiz Mehdiyevlə bağlı qalmaqaldan sonra yuxarıda adı çəkilənlərin əksəriyyəti partiyanın rəhbər heyətindən çıxarılacaq. Sezar pizza

YAP-dakı məlumatlı mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin nəvəsinin toyunda çəkilmiş video “diqqətlə tədqiq edilir” və karantini pozanların hamısı cəzalandırılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!