Onlar doğma yurdlarına kiçik ailə biznesləri ilə qayıdacaqlar -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Onlar doğma yurdlarına kiçik ailə biznesləri ilə qayıdacaqlar - Fotolar

İqtisadiyyat

01 Dekabr 2020 11:29 1166


Azərbaycanın daha bir rayonu - Laçın erməni faşizminin əsarətindən azad edildi və 30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyuldu. Bu gün Laçın rayonundan olan özünüməşğulluq proqramı iştirakçılarının da sevincinin, qürur duyğularının həddi-hüdudu yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövrdə proqrama cəlb olunanlar arasında laçınlılar da az deyil. Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar yaratdıqları bu bizneslərini də Laçına aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!