“İnsanlıqdan, əxlaqdan uzaqdırlar!” - Tolik od püskürdü +   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlıqdan, əxlaqdan uzaqdırlar!” - Tolik od püskürdü + VİDEO

Şou

15 Yanvar 2025 11:47 229


Tanınmış teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) son vaxtlar əqli qüsurlu şəxslərin məsxərəyə qoyularaq videoya çəkilməsi və sosial şəbəkələrdə paylaşılmasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, o,  mövzu ilə bağlı "Instagram" hesabında video paylaşaraq cəmiyyətin bu davranışına sərt reaksiya göstərib və paylaşımında qeyd edib:

"Bəzən cəmiyyətimizdə mərhəmət və duyarlılıq maskası altında insanların davranışları tam əksini göstərir. Əqli qüsurlu və ya fiziki məhdudiyyətli insanları məsxərəyə qoyaraq sosial şəbəkələrdə diqqət çəkməyə çalışmaq həm insanlıqdan, həm də əxlaqdan uzaqdır. Belə davranış ciddi bir empatiya çatışmazlığından xəbər verir. Sizcə, bu məsələdə cəmiyyətin maarifləndirilməsi daha təsirli olarmı?" Dördpendirli pizza

T.Əliyevin bu çağırışı izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Çoxları onun fikirləri ilə razılaşaraq belə halların qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsinin vacib olduğunu vurğulayıb.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!