Onlar hərbi xidmətdən müvəqqəti azad olunur - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Onlar hərbi xidmətdən müvəqqəti azad olunur - RƏSMİ

Sosial

11 Aprel 2025 15:52 995


Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiyi hər kəsə məlumdur.

Bəs təhsildən başqa hansı hallarda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız üç əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququ tanıyır: Marqarita pizza

"Təhsil möhləti - Əgər şəxs ali və ya orta ixtisas təhsilinə davam edirsə, bu zaman hərbi xidmətə çağırışdan müvəqqəti azad olunur. Sağlamlıq vəziyyəti - Şəxsin tibbi müayinəsi zamanı səhhətində hərbi xidmətə müvəqqəti yararsızlıq və ya çətinliklər aşkarlanarsa, möhlət tətbiq edilir. Bu qərar hərbi-həkim komissiyasının rəyinə əsasən verilir.

Ailə vəziyyəti - Əgər vətəndaş ailədə yeganə baxıcıdırsa və ya ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətə getməsi real deyil. Məsələn, ailəsində ağır xəstə, əlil və ya himayəsində azyaşlı varsa - bu halda da qanunla nəzərdə tutulan müvəqqəti möhlət hüququ var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!