“Onlar icazə SMS-i alsalar belə...” - 65 yaşdan yuxarı şəxslər evdən çıxa bilər?

saytların hazırlanması

Evə çatdırılma

“Onlar icazə SMS-i alsalar belə...” - 65 yaşdan yuxarı şəxslər evdən çıxa bilər?

Sosial

03 Aprel 2020 13:46 1071


“Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlar qüvvədədir”.

Yenisabah.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət qüvvədə saxlanılır: Sezar pizza

“Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslərin öz yaşadığı yeri tərk etmək məhdudiyyəti var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır”.

“Fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq”, - deyə C.Salmanov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!