Onlar olmasa, süfrəmizin bərəkəti itəcək

saytların hazırlanması

Evə çatdırılma

Onlar olmasa, süfrəmizin bərəkəti itəcək

Maraqlı

30 May 2024 13:30 1200


20 mindən çox arı növünün və müxtəlif vəhşi tozlandırıcıların mövcudluğu yaşayış yerlərinin itirilməsi, pestisidlərin istifadəsi və iqlim dəyişikliyi kimi insan fəaliyyətləri nəticəsində təhlükə altındadır.

Yenisabah.az xəbər verir ki, mütəxəsisslər arıların və digər tozlandırıcıların populyasiyası təhlükə altında olduğu bildiriblər. Buna görə də bir çox qidalar düyü, qarğıdalı və kartof kimi məhsullarla əvəzlənir və nəticədə balanssız qidalanma yaranır.

Dünyada arı populyasiyasının azalması ilə bağlı məlumatlılığı artırmaq üçün 2017-ci ildən etibarən 20 May "Dünya Arı Günü" kimi qeyd edilir. pizza hut

Bu tozlandırıcıları və onların yaşayış yerlərini qoruyacaq və yaxşılaşdıracaq, onların bolluğunu və müxtəlifliyini artıracaq və arıçılığın davamlı inkişafına dəstək verəcək tədbirləri təşviq etmək imkanı verir. Bu il “Arılar gənclərlə” devizi ilə qeyd olunan Dünya Arı Günü arıların və digər tozlandırıcıların insan varlığı üçün əhəmiyyətinə bir daha diqqət çəkib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, arılar bitkilərin toxum və meyvə verə bilməsi üçün çiçəkləri tozlayan əsas faktordur və qida zəncirində böyük əhəmiyyətə malikdir. Ekosistemi tarazlaşdırmaqla, arılar və oxşar tozlandırıcılar dünya üzrə məhsul istehsalının 35 faizinə təsir göstərir. Pəhrizin 90 faizindən çoxunu təşkil edən 100 bitki növünün dörddə üçü arılar tərəfindən tozlanma yolu ilə əldə edilir. Tozlandırma yalnız meyvə və toxum istehsalını təmin etmir, həm də daha çox müxtəliflik və məhsul verir.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!