“Onlar öz yalanlarında boğulmağı seçdilər“   - Xatun

saytların hazırlanması

Evə çatdırılma

“Onlar öz yalanlarında boğulmağı seçdilər“ - Xatun

Şou

02 Dekabr 2020 14:34 858


"Nə qaranlıqdakı yalnızlıqdan qorxdum, nə də parıldayan işıqlar gözümü qamaşdırdı. Böyük alqışlar almağıma baxmayaraq, şöhrət heç vaxt məni dəyişdirmədi. Uşağın qarşısında əyildim, böyüyün əllərindən öpdüm, yaşıdıma bacı oldum”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkə hesabında yazıb. İfaçı bu günə qədər çox dostlarını itirdiyini qeyd edib:

"Nələrə rast gəldim bu yolda, kimləri gördüm. Səhv etdilər onları başa düşməyə çalışdım, dağıtdılar topladım. Bütün sevdiklərimə qucaq açdım, dosta, sirdaşa dar günündə yoldaş oldum. Hazırda dost bildiklərim yanımdadır... Ələkdən keçə bilməyənlər isə öz yalanlarında boğulmağı seçdilər. Xatun hər şeyi yaxşı görür, çox şeyi gözəl bilir, hamınızı əla tanıyır... Bu yaşıma qədərki həyat mübarizəm, yaşadıqımlarım, gördüyüm haqsızlıqlar və bütün çətinliklər tamaşaçı sevgisinə qurban olsun". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!