Onlar Qarabağda 5 ildən çox qala bilərlər...

saytların hazırlanması

Evə çatdırılma

Onlar Qarabağda 5 ildən çox qala bilərlər...

Rəsmi

28 Mart 2021 15:59 1919


"Sülhməramlılar Qarabağda təhlükəsizliyin qarantıdır".Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, ümid etdiyini bildirb ki, sülhməramlılar Qarabağda üçtərəfli bəyanatda müəyyən ediləndən daha uzun müddət qalacaqlar: "Bəzi nişanələr sülhməramlıların Qarabağda müəyyən ediləndən daha artıq qalacağını təxmin etməyə əsas verir".

Onun sözlərinə görə, Qarabağda qurulan infrastuktir və qlobal proseslər belə düşünməyə əsas verib: "Uzunmüddətli məsələlərin həllində əsas məqamlardan biri sülhməramlıların Qarabağda daha uzun müddət qalmasıdır. Bu, bizim üçün çox vacibdir, müddəti uzatmaq üçün imkan var". Pepperoni pizza

O, sülhməramlıların Qarabağı tərk edəcəyi təqdirdə Ermənistanın nə edəcəyi barədə suala cavabında deyib: "Belə olacaqsa, o zaman başqa həll imkanları haqqında düşünmək lazım gələcək".

Xatırladaq ki, Rusiya sülhməramlıları Qarabağa 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra yerləşdirilib və onların bölgədə qalma müddəti 5 il müəyyən edilib. / Cebhe.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!