Əməkdar artist Elza Seyidcahan şou biznesdən gileylənib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Xəbər-ətər” verilişində qonaq olan sənətçi bəzi müğənnilərin abırsızlıqla gündəmə gəldiyini deyib:
"Abır-həya ilə stili saxlamaq çətindir. Abırsızlıqla saxlamağa nə var ki...Bəzi müğənnilər utanmırlar özlərinə xanım deyirlər. Eyni zamanda bəzi bəylər. Bir dəfə mənə dedilər ki, Elza xanım, hanı o günlər, şou getdi. Dedim, o şounun arxasıyca bir qara daş atın. Cəhənnəmə getdi, gəlməsin". pizza mizza
Telegram kanalımız