Yemək bişirmək asan görünsə də, böyük bacarıq tələb edir. Hər kəsin bişirdiyi xörək dadlı ola bilməz. Bəzi insanlar var ki, onların “on barmağında on bacarıq” olduğu söylənir. Bu şəxslər adi sendviç hazırlasalar belə, dadlı alınır.
Yenisabah.az mətbəxdə möcüzələr yaradan ən bacarıqlı bürcləri təqdim edir:
BUĞA Sezar pizza
Buğa bürcünün kişiləri və qadınları əla aşpazlardır. Bu insanlar hər şeydə gözəlliyi sevir. Onların xörək bişirmə qabiliyyəti yüksəkdir. Buğalar onlardan yemək hazırlamağı xahiş edən hər kəsə yemək bişirməyi sevirlər. Onların böyük dad və ləzzət duyumu var.
Bu insanlar üçün yemək bişirmək sıradan bir iş deyil. Yemək bişirməyə bir sənət kimi yanaşırlar. Buna görə də qarşılarına çıxan hər hansı pis yemək bir neçə dəqiqə ərzində onların əhvalını poza bilər. Buğa bürcü yemək bişirəndə onların yeməkləri mükəmməl olmalıdır.
XƏRÇƏNG
Xərçənglər də ən yaxşı aşpazlardır. Onların kulinariya texnikası qeyri-adidir, bu da xərçəngləri yemək bişirməyi sevənlər siyahısına düşməsinin səbəbidir. Ailələri və yaxınları üçün yemək hazırlayarkən özlərini rahat hiss edirlər. Yemək hazır olanda onu dadanlar fərqli bir həzz alırlar. Xərçənglər yemək haqqında mükəmməl biliyə sahibdir.
TƏRƏZİ
Tərəzilər kulinariya haqqında dərin biliyə sahibdir. Həmişə nəyi və nə vaxt bişirəcəyini öncədən söyləyirlər. Onlar xörək bişirəndə keyfiyyətə xüsusi önəm verirlər. Əgər ləzzətli tort və ya keks istəyirsinizsə, Tərəzinin hazırladığı şirniyyatı dadmalısınız. Onlar ənənəvi yemək standartlarına inanırlar.
OĞLAQ
Oğlaqlar yemək hazırlamaqda mahirdir. Onlar ərzağı xırda-xırda doğramağa üstünlük verirlər. Həmçinin, yeni resept yaradıcılarıdır. Demək olar ki, hər vəziyyət və hər yaş qrupu üçün maraqlı və dadlı xörəklər hazırlayırlar. Əslində, onlar aşpazlığı özünə karyera seçə biləcək bürclərdir. Yemək bişirərkən hər şeyi beyinlərində bir kənara qoyurlar.
Əsmətxanım
Telegram kanalımız