“Onlar zövqü korlanan xalqımızdan başqa heç kimə lazım deyillər”

saytların hazırlanması

Evə çatdırılma

“Onlar zövqü korlanan xalqımızdan başqa heç kimə lazım deyillər”

Sosial

30 Avqust 2025 10:13 387


Tanınmış hüquqşünas Əkrəm Həsənov azərbaycanlı müğənnilərin Rusiyanın hava limanlarında saxlanmasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, o bunun saxlanılma yox, Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlama prosesi olduğunu deyib:

“Yeni dəb düşüb: müğənnilərimizin Rusiya hava limanlarında saxlanılmaları haqda xəbərlər yayılır. Əslində, bu, saxlanma-zad deyil. Sadəcə Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlamadır. pizza

Sırf Azərbaycanla da bağlı deyil. Ümumən Rusiyadakı faktiki hərbi vəziyyətlə bağlıdır.

Mən Moskvaya iyulun 1-də, yəni bu həngamənin lap başlanğıcında getmişdim və məni də bir neçə saat buraxmadılar. Digər azərbaycanlılar kimi. Amma yalnız bizə aid deyildi. Məsələn, tacikləri də gözlətdirirdilər. Odur ki, müğənnilərimiz heç bir dövləti maraq kəsb etmir ki, onları orada kimsə saxlasın. Onlar bizim əksəriyyəti bisavad və get-gedə zövqü korlanan xalqımızdan başqa heç kimə lazım deyillər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!