Onlara ismarış çatdıran 3 ölkə var

saytların hazırlanması

Evə çatdırılma

Onlara ismarış çatdıran 3 ölkə var

Dünya

23 Mart 2026 16:54 711


Türkiyə, Misir və Pakistan son 2 gündə ABŞ və İran arasında mesajlar ötürən ölkələrdir.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, 3 ölkənin yüksək vəzifəli rəsmiləri Ağ Evin nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca danışıqlar aparıblar.

"Vasitəçilik davam edir və irəliləyir. Müzakirələr müharibənin bitməsinə və qalan bütün həll olunmamış məsələlərin həllinə yönəlib. Ümid edirik ki, tezliklə cavablar alacağıq", - mənbə bildirib. pizza hut

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bu vasitəşiliyin mövcudluğunu təsdiqləyib. Lakin Tehranda bu məlumat təkzib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!