“Onlara pis xəbərim var” – Mübariz Mənsimov  +   Video

saytların hazırlanması

Evə çatdırılma

“Onlara pis xəbərim var” – Mübariz Mənsimov  + Video

Sosial

25 Avqust 2019 06:09 13685


““Mammad Amin Resulzadeh” gəmisinin qəzasından sevinənlərə pis xəbərim var”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov deyib. O, bildirib ki, gəminin təmiri yekunlaşıb və  ilk səfərinə yola düşür. 

“Arzularınız içinizdə qaldı. Dahi Liderimiz Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Biz də bu cümləni bir qədər dəyişərək deyirik: “MAMMAD AMİN RESULZADEH” gəmisi dənizlərə çıxdı və heç bir vaxt batmayacaq.  pizza sifarişi

Əksinə, sizin arzularınız batacaq dəryalarda. Gəmimizin ilk səfəri Rusiyanın Rostov limanına doğrudur. 

Gəmimizin qəzaya uğramasına gəlincə, burada qarşı tərəfin günahı tam şəkildə 100% sübut olundu. Həmin gəminin kapitanının dindirilməsi davam edir. “MAMMAD AMİN RESULZADEH” gəmisinin bütün təmir işlərini qarşı tərəf ödədi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!