Onlara pulsuz məktəbli jaketləri veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Onlara pulsuz məktəbli jaketləri veriləcək

Sosial

02 Dekabr 2025 15:19 428


Bəzi qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz önü bağlanılan cibli jaketlər veriləcək.

"Yeni Sabah" iqtisadiyyat.az-a istinadla xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi "Günteks" şirkəti ilə yeni müqavil bağlayıb.

Müqavilədə şagirdlər üçün 42-48 ölçüdə ümumilikdə 9000 ədəd cibli jaket sifariş edilib. pizza hut

Materialı 70% yun, 30% akril olan toxunmuş yun jaketlərin rəngi göydür. Jaketlər Bakıda Zəngilan və Şuşa məktəblilərinə, Sumqayıtdakı Qubadlı məktəblilərinə, Gəncədəki Kəlbəcər məktəblilərinı, Goranboydakı Xocavənd, Xocalı məktəblilərinə, eləcə də Cəbrayıl, Füzuli, Ağdam Rayon İcra Hakimiyyətlərinə və Gəncə şəhəri, Qax, Bərdə, Ağcabədi rayon sektorlarına paylanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!