“Onlara “virus“ deyirəm“ - Abbas həmkarlarını tənqid etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Onlara “virus“ deyirəm“ - Abbas həmkarlarını tənqid etdi - Video

Şou

22 Mart 2020 15:00 1050


ARB-də yayımlanan "Söhbət var" verilişinin qonaqlarından biri Əməkdar artist Abbas Bağırov olub. 

Yenisabah.az xəbər verir ki, ifaçı həmkarlarını ciddi tənqid edib. O, zövqsüz mahnı oxuyan müğənniləri “virus” adlandırıb:

“Biz musiqiçilərin də başqa bir növ virusla mübarizəmiz var. O virus da bu gün sürətlə yayılan zövqsüz mahnıları ifa edənlərdir. Onlara mən “virus” adı verirəm. Çünki, insanların zövqünü korlayırlar. Bununla bacardığımız qədər həmkarlarımızla birlikdə ciddi mübarizə aparırıq. Doğrudan da çox çətindir. Buna qarşı heç bir antivirus yoxdur. Elə musiqilərə tələbat var ki, avtomobildə onu yüksək səslə oxudurlar. Xaricdən gələn əcnəbi bunu eşidib deməz ki, Azərbaycanın musiqisi bundan ibarətdir?!”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!