Onlardan biri ilin ən yaxşı futbolçusu seçiləcək

saytların hazırlanması

Evə çatdırılma

Onlardan biri ilin ən yaxşı futbolçusu seçiləcək

İdman

17 Avqust 2023 17:28 732


UEFA-nın 2022/2023 mövsümünün sonunda verdiyi ilin ən yaxşı oyunçusu mükafatına namizədləri açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumunun saytı məlumat yayıb. Ən çox səs toplayan 3 namizəd bunlardır: Lionel Messi (hücumçu, PSJ, hazırda "İnter Mayami"də oynayır), Erlinq Haaland (hücumçu, "Mançester Siti") və Kevin de Bruyne (yarımmüdafiəçi, "Mançester Siti"). 

Final üçlüyü ötən mövsüm avrokuboklarda çıxış etmiş klubların məşqçiləri, UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçiləri, eləcə də seçilmiş jurnalistlərdən ibarət qrup tərəfindən seçilib.  pizza

Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!