"Onları psixoloji problemli adamlara bənzədirəm" - Xalq artisti həmkarlarının bostanına daş atdı

saytların hazırlanması

Evə çatdırılma

"Onları psixoloji problemli adamlara bənzədirəm" - Xalq artisti həmkarlarının bostanına daş atdı

Şou

19 Fevral 2020 11:34 535


Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar ailə qurmaq ərəfəsindədir. Yenisabah.az xəbər verir ki, Xalq artisti qızı haqqında "Show news" verilişində danışıb: "Qızım müasirdir. Çox zövqlü musiqilərə qulaq asır. Mən onu elə tərbiyə etmişəm. Heç 40 günlük deyildi, qulağına muğamları qoyurdum ki, onunla bəhrələnsin. Estradanın da, simfonik orkestrin ən gözəlini bilir. Çox gözəl zövqü var". O, qızının tələbə olduğunu, ikinci təhsilini almaq istədiyini də açıqlayıb: "Mənim qızım Bakı Dövlət Universitetində oxuyur, dördüncü kursdur. İstəyirəm, ikinci təhsilini hüquq üzrə alsın. İstərdim həm magistr pilləsinə qalxsın, həm də ikinci təhsili alsın. Qismət olsa. Həmişə deyirəm, birinci təhsil, sonra evlənmək". Xanəndə "Şou cameəsindən qız almaram" deyən həmkarlarına da sərt mesaj yollayıb. Sualı eşidən sənətçi əsəblərinə hakim ola bilməyib: "Hər kəs öz ailəsinin tərbiyəsini göstərir. Bəzi ifaçılar gündəmdə qalmaq üçün söz atırlar, o sözü hər dəfə gündəmə gətirirlər. Onların da ailələri var, bəs onda siz kimsiniz? Onları psixoloji problemli adamlara bənzədirəm. Nə isə çatışmır o insanlarda. Elə şey danışmaq olmaz. Hərlənib, fırlanıb öz ailəndə çıxar. Övladları xoşbəxt olmayan insanlar var. Təkcə sənət aləmində deyil ki. Hər şeyi gözəl görmək lazımdır. Sənət adamları övladlarını hər şeydən qoruyur, çünki biz həyatda çox şey görürük". https://www.youtube.com/watch?v=hoppVyXfF78&feature=youtu.be&fbclid=IwAR3IJEm8UFJQ3XCh9HZjApmQkOMI49vdH0vKC2vkNcZPW7NfMo_U6tOTLPM https://cdn.yenisabah.az/files/lddd1.jpg https://cdn.yenisabah.az/files/lddd2.jpg https://cdn.yenisabah.az/files/lddd3.png
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!