Onları tapanlara 140 milyon dollar mükafat veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Onları tapanlara 140 milyon dollar mükafat veriləcək

Dünya

23 Fevral 2025 13:14 338


Kriptovalyuta birjası Bybit kibertəhlükəsizlik mütəxəssislərini hakerlərin izinə düşməyə çağırıb və onların tutulmasına kömək edənlərə 140 milyon dollara qədər mükafat vəd edib.

Trend xəbər verir ki, bu barədə birjanın rəsmi saytında məlumat yayılıb.

Bybit rəhbərliyi geri qaytarılan məbləğin 10%-ni mükafat kimi ödəməyə hazır olduğunu bildirib. Əgər kimsə oğurlanmış vəsaitlərin hamısını geri qaytara bilsə, 140 milyon dollara sahib ola bilər. pizza mizza

Fevralın 21-də Bybit platforması 1,45 milyard dollarlıq kiberhücum və oğurluq barədə məlumat verib. Bu, tarixdəki ən böyük kiberhücumlardan biri hesab olunur və oğurlanan vəsaitlərin həcmi Ethereum (ETH) kriptovalyutasının ümumi dəyərinin 50%-ni ötüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!