“Onların əksəriyyəti fotoşopdur” - Hikmət Hacıyev ermənilərin yaydığı məlumatlardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Onların əksəriyyəti fotoşopdur” - Hikmət Hacıyev ermənilərin yaydığı məlumatlardan danışdı

Siyasət

03 Oktyabr 2020 17:30 1231


“Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik”. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi. pizza mizza

Prezidentin köməkçisinin sözlərinə görə, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: "Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!