“Onların günahından...” -   Cavid Qurbanov keçmiş məmurları ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

“Onların günahından...” - Cavid Qurbanov keçmiş məmurları ittiham etdi

Sosial

17 Dekabr 2019 09:26 1213


“Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında danışan C. Qurbanov tramvay xəttlərinin Bakı və Abşeronun hansı ərazilərini əhatə edəcəyini açıqlayıb:

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəyi, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”. Dominos pizza

Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən tikililərdən, yaşayış evlərindən söhbət açan sədr həmin evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı da danışıb. C. Qurbanov məsələnin hazırda gündəmdə olduğunu deyib:

“Şanxay” deyilən yer ki var, uzun illərdir orada vəziyyət qəlizdir. Mümkün olan qədər dəmiryollarının ətrafındakı evləri söküb insanları daha yaxşı yerə göndərdik. Ancaq belə bir şey var ki, getdikcə insanların iştahası artır. Bilirəm orada bir narahat yer var. Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən sakinlər var. Ancaq biz onların qeyri-qanuni olduğuna baxmırıq və məsələnin onların xeyrinə həll olunmasına çalışırıq”.

Qeyd edək ki, tramvay xətləri sökülən vaxt Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbov idi. Dəmir yolu xətlərinin yaxınlığındakı ərazilərin satılmasına göz yummaqda isə o vaxtın nəqliyyat naziri Ziya Məmmədov ittiham edilirdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!