“Hazırda azərbaycanlı idmançıların tez bir zamanda geri qayıtmasını təmin etmək üçün müzakirələr aparılır. Onların hələ də İrəvanda qalmasının səbəbi isə hazırda uçuşların olmamasıdır”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın elm, təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
Nazir müavini əlavə edib ki, onlar dünəndən Azərbaycan qrupunun rəsmiləri ilə mütəmadi əlaqə saxlayıb: pizza hut
“Biz onları əmin etmişik ki, onlar üçün hər şey təhlükəsiz formatda həyata keçiriləcək. Hazırda bütün təhlükəsizlik tədbirlərindən istifadə edilməklə azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi üçün hər şey edilir”.
Telegram kanalımız