Onların hər ikisinin namizədliyi ləğv oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Onların hər ikisinin namizədliyi ləğv oluna bilər

Siyasət

04 Fevral 2020 05:12 1111


Deputatlığa bir namizədin digərini şirnikləndirmək cəhdinə dəlalət edən audioyazı ilə əlaqədar Dairə Seçki Komissiyasına müraciət etmək lazımdır. Ciddi qanun pozuntusu əlamətləri göz önündədir. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Turan-a  MSK-dakı mənbə anonim qalmaq şərtilə bloger Mehman Hüseynovun audioyazı yaymasını şərh edərkən bildirib.

Xatırladaq ki, bu yazıda onun parlament seçkilərində rəqibi, əvvəlki çağırış parlamentin deputatı Fərəc Quliyev seçkilərdən çəkilməsi üçün ona pul təklif edir. Dördpendirli pizza

Bundan başqa, cinayət tərkibi olduğuna görə iş prokurorluq tərəfindən araşdırılmalıdır. Eyni zamanda, mənbə bildirib ki, son nəticədə hər iki tərəfin qeydiyyatı ləğv oluna bilər, belə ki, hər iki tərəfin məsuliyyəti var.

Amma mənbə hansı addımların atılacağını əvvəlcədən deməkdən çəkinib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!