Onlayn yolla narkotik satan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Onlayn yolla narkotik satan şəxs saxlanıldı

Kriminal

05 Avqust 2020 14:52 1051


Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az bildirir ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev  tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram  heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!