Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, ümumilikdə 2 dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib. Sezar pizza
E.Həsənov ifadəsində həmin narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Telegram kanalımız