“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - “Sasna Tsrer”dən Rusiyaya   ŞOK TƏHDİD

saytların hazırlanması

Evə çatdırılma

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - “Sasna Tsrer”dən Rusiyaya ŞOK TƏHDİD

Rəsmi

13 Noyabr 2021 14:36 13252


“Rusiya Norayrı Azərbaycana təhvil verərsə, növbəti qumbara Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru atılacaq”.

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu sözləri “Sasna Tsrer” partiyasının radikal qruplaşmasının nümayəndəsi Vaan Avakyan deyib.

O, Şuşa şəhəri yaxınlığında hərbçilərimizə qumbara atan erməni terrorçusunu sülhməramlıların Azərbaycana təhvil verəcəyi təqdirdə Rusiya tərəfini hədələyib. pizza sifarişi

Təsdiqlənməmiş məlumatlara görə, sülhməramlılar, artıq saxlanılan şəxsi Ermənistan tərəfinə təhvil veriblər. Rəsmi Bakı, hələlik vəziyyəti şərh etməyib.

Xatırladaq ki, “Sasna Tsrer” ümumerməni partiyası 2016-cı ildə İrəvandakı Erebuni rayonunda 9 polisi girov götürməklə yadda qalan terror təşkilatıdır.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!