“Onu eşşək kimi döyərdim“ – Polisin təhqir olunması ilə bağlı sərt sözlər - Video

saytların hazırlanması

Evə çatdırılma

“Onu eşşək kimi döyərdim“ – Polisin təhqir olunması ilə bağlı sərt sözlər - Video

Sosial

26 Sentyabr 2019 10:27 1202


Bir neçə gün əvvəl Bakıda sürücü  tərəfindən təhqir olunan Nərimanov Rayon Yol Polisi Şöbəsinin keçmiş tağım komandiri Mehdi Səlimov qalmaqalı bu dəfə "Hər şey daxil" proqramında müzakirə olunub.

“Yeni Sabah” xəbər  verir ki, aparıcı Tarix Əliyev həmin sürücü ilə bağlı sərt sözlər deyib:

“Bir həftə bundan qabaq bir yol polisini vətəndaş söydü. O yol polisini niyə çıxartdılar işdən? Çünki o yol polisinin yaşı pensiya yaşına doğru idi. O keçirdiyi həyəcan, onun ailəsinə gələn söz ictimaiyyətdə böyük rezonans doğurdu. Onu çıxartdılar ki, get otur evdə. Çünki bu hal ikinci dəfə təkrar oluna bilər. Mən o polisin yerinə olsaydım, o kişini vurardım. Qoy məni işdən çıxartsınlar. Çünki orada mənim ailəmə, anama, bacıma xələl gətirir. 15 sutka ilə o, canını qurtardısa, o, böyük şeydir. Mən o polisin yerinə olsaydım, çıxardardım geyimimi, onu orada eşşək kimi döyərdim. Sənin nə ixtiyarın var mənim anama, bacıma o sözləri deyirsən? Polis də bir oğuldur. Polis də bir ananın, atanın övladıdır. Bu, o demək deyil ki, sən polisə nə deyirsən de, polis sənə heç nə deyə bilməz. Belə bir şey yoxdur". Marqarita pizza

Xatırladaq ki, sürücü tərəfindən təhqir olunan Nərimanov Rayon Yol Polisi Şöbəsinin polisi tutduğu vəzifədən azad edilib və  Mehdi Səlimov  təqaüdə göndərilib. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!