“Onu kişi bildiyimə görə...” - Aqşin onu söhbətə çağıran Ələkbərlə görüşə getdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Onu kişi bildiyimə görə...” - Aqşin onu söhbətə çağıran Ələkbərlə görüşə getdi - Video

Şou

16 Dekabr 2019 08:30 3796


Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fateh haqda xoşagəlməz ifadələr səsləndirib. “Instagram” hesabında canlı yayım zamanı Aqşini  təhqir edən ifaçı onu söhbətə də çağırıb.

"Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən nə fərqlərdi. Nömrə 1 söhbəti edir. Mənim yanımda Aqşin etdiyin hərəkətlərə görə mömrən sıfırdı. Gəl mən olan restorana. Çıxanda da görüşə bilərik", - deyə Ə. Yasamallı bildirib.

“Yeni Sabah” xəbər verir ki, Aqşin Fatehin həmkarına cavabı da gecikməyib. Video pyayan Aqşin Ə.Yasamallının çağırışından sonra həmin yerə getsə də, Ələkbərin orada olmadığını bildirib: pizza

“Mənim bu açıqlamam o səbəbdəndir ki, çox sayda zənglər SMS-lər gəlir və hamı nigarandır. Heç nədən narahat olmayın, lazım olan şəkildə bu Ələkbər Yasamallı məsələsini qaydasına qoyacayıq. Allah böyükdür! Dediyim hər kəlməmə yaxşı kişilər və Allah şahiddir! Dediyim kimi, kişilər bir dəfə ölür, namərdlər hər gün!” 

Aqşin həmkarının onu söhbətə çağırdığı yerə getdiyini, amma onun həmin yerdə olmadığını da bildirib:

“Kişi kişini “İnstagram” vasitəsilə söhbətə çağırarmı? Ələkbər orada olmasa da, xətrini çox istədiyim ortaq bir dostumuz gəldi. Həmin dostum bildirdi ki, Ələkbərlə danışıb, o çıxıb özü danışıb, hər şeyi qaydasına qoyacaq. Mən də dünəndən bəri gözləyirəm ki, Ələkbər çıxıb açıqlama versin və bu məsələ bağlansın. 1-2 ay bundan öncə haqqımda kimlərinsə dediklərinə cavab verməmişəmsə, bu mənim ədəbimdən və onların şəxsiyyətinin hansı səviyyədə olmasından asılı olub. Amma Ələkbəri kişi bildiyimə görə, həmişə sözüm olanda zəng edib özünə demişəm. Yenə də elə etmişəm”. 

Qeyd edək ki, Ə. Yasamallının əsəbləşməsinə səbəb Aqşin Fatehin "Hər şey daxil” verilişinin canlı yayımında etdiyi açıqlamalar olub. 

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!